• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ermənistan xarici siyasətini dəyişə bilər - İki yol var: Ya Rusiya, ya Azərbaycan-Türkiyə…

SİYASƏT

17 Aprel 2025 | 10:33

Ermənistan xarici siyasətini dəyişə bilər - İki yol var: Ya Rusiya, ya Azərbaycan-Türkiyə…

ABŞ Ermənistanda xarici yardım layihələrini dayandırır.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, ABŞ Dövlət Departamenti Ermənistanda da daxil olmaqla, müxtəlif ölkələrdə həyata keçirilən xarici yardım layihələrinə ayrılmış ümumilikdə 215 milyon dollar dəyərində maliyyəni ləğv edib.

"Bəzi xarici yardım proqramlarının məqsədəuyğunluğu Dövlət Departamenti tərəfindən yenidən nəzərdən keçirilir. Dövlət katibi Rübio bu gün dəyəri 215 milyon dollar olan 139 faydasız qrantın ləğv olunduğunu elan edib", - ABŞ Hökümətinin Səmərəliliyi Departamentinin (DOGE) "X" hesabındakı paylaşımında bildirilir.

Məlumata görə, ləğv olunan qrantlar sırasında Dövlət Departamentinin Ermənistanda, Bolqarıstanda, Braziliyada, Böyük Britaniyada, Qırğızıstanda, Liviyada, Mavritaniyada, Moldovada, Tunisdə, Özbəkistanda və Şri-Lankada həyata keçirdiyi müxtəlif proqramlar yer alır.

Bu qərarın ABŞ-Ermənistan münasibətlərinə ehtimal olunan təsirini Bakıvaxtı.az-a şərh edən politoloq Zeynal Əmrəliyev qeyd edib ki, ABŞ-də Donal Tramp prezident seçildikdən sonra müxtəlif ölkələrə ayrılan yardımları ya azaldır, ya da dayandırır:

“Donald Tramp hakimiyyətə gəlməzdən 3-4 gün əvvəl Nikol Paşinyan hökuməti Co Bayden administrasiyası ilə müvafiq şəkildə müqavilə bağlamışdı ki, Ermənistana iqtisadi dəstək göstərilsin. Ancaq indi Tramp administrasiyası Ermənistana lazımi dəstəyi vermir. Bayden dövründə əldə olunan razılaşma kənara atılıb sanki. Bundan sonrakı nəticələrin necə olacağı da sual doğurur. Çünki Tramp faktiki olaraq, ABŞ-nin xarici dövlətlərə ayırdığı maliyyə yardımının dayandırılmasına dair qərar qəbul edib. Siyahıda Ermənistanın da adı yer alır. Bu ölkəyə də ayrılan yardım kəsiləcək”.

Müsahibimiz hesab edir ki, məlum qərar rəsmi İrəvanın başqa qütbə tərəf addım atmasına yol aça bilər:

“Ermənistan tərəfi yenidən öz xarici siyasətini dəyişdirə bilər. İndiyə qədər ABŞ ilə tərəfdaş kimi çıxış edib, Rusiyaya qarşı cəbhə almışdısa, indi yenidən ənənəvi mövqelərinə qayıda bilər”.

Zeynal Əmrəliyev: Ermənistan üçün ən optimal variant Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıraraqdır

Hazırda Ermənistanın Rusiya ilə münasibətlərinin normallaşmasının düşündürücü olduğunu deyən politoloq vurğulayıb ki, Ermənistan Rusiya ilə arasındakı “körpüləri” tam yandırmayıb:

“KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmayıblar, ancaq eyni zamanda nəzərə alaq ki, münasibətlərdə ciddi soyuqlaşma var. Bu mənada Ermənistan çalışacaq ki, rəsmi Moskva ilə münasibətləri bərpa etsin. Bu da baş tutmasa, Ermənistan üçün ən optimal variant Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıraraq, regional əməkdaşlığı gücləndirməkdir. Bununla da öz iqtisadiyyatlarını dirçəldə bilərlər. Aydın görünür ki, Tramp dövründə ABŞ Ermənistana istənilən dəstəyi verməyəcək”.

Aydın Baxış


SON XƏBƏRLƏR

18 Aprel 2025