• Bakı C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

ABŞ ilə minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edildi

SİYASƏT

27 Yanvar 2026 | 10:05

ABŞ ilə minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan və ABŞ humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb. Görüşdə Azərbaycanın üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə təqdimat edilib.

Həmçinin ABŞ tərəfindən dəstək imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

26 Yanvar 2026