• Bakı C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Gürcüstan 87 nəfəri deportasiya etdi

DÜNYA

27 Yanvar 2026 | 11:13

Gürcüstan 87 nəfəri deportasiya etdi

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirilən tədbirlər çərçivəsində son günlərdə 87 xarici vətəndaşı ölkə ərazisindən çıxarıb.

Bakıvaxtı.az Gürcüstan DİN-ə istinadən xəbər verir ki, kompleks miqrasiya nəzarəti tədbirləri nəticəsində Türkiyə, Çin, Hindistan, Azərbaycan, İran, Türkmənistan, Misir, Nigeriya, Rusiya, Qazaxıstan, İordaniya, Banqladeş, Tailand, İsrail, Livan, Cənubi Afrika, Sudan və Suriya vətəndaşları Gürcüstandan deportasiya olunub.

Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişi qadağan edilib.


SON XƏBƏRLƏR

26 Yanvar 2026