• Bakı C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək

SİYASƏT

27 Yanvar 2026 | 11:47

Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq "Sülh Qalxanı – 2026" adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.

Qeyd edək ki, "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.


SON XƏBƏRLƏR

26 Yanvar 2026