• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Sahibə Qafarova Rusiyaya səfər edib - FOTO

SİYASƏT

17 Aprel 2025 | 09:58

Sahibə Qafarova Rusiyaya səfər edib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, “Pulkovo” hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, deputat Andrey Ələsgərov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025