"Münaqişə bitdikdən sonra Ukraynada seçkilərin vaxtı həddən artıq gecikdirilməməlidir".
Bakıvaxtı.az "Pais" nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Mərkəzi Seçki Komissiyasının rəhbəri Oleq Didenko deyib.
Onun sözlərinə görə, münaqişə başa çatdıqdan sonra ölkədə seçkilərin təşkili üçün təxminən üç ay vaxt lazım olacaq:
"Biz müharibədən sonrakı seçkilərə mümkün qədər yaxşı hazırlaşmalıyıq. Lakin bu müddətlər həddindən artıq uzadılmamalıdır ki, kifayət qədər əsas olmadan hakimiyyətdə qalmaq cəhdi kimi görünməsin".
O, bildirib ki, rusiyayönlü namizədlər heç bir bəhanə ilə seçkilərə buraxılmayacaq.
Gülşən Şərif