• Bakı 11° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Deputatdan bu kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı TƏKLİF

CƏMİYYƏT

27 Noyabr 2023 | 12:19

Deputatdan bu kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı TƏKLİF

Milli Məclisin deputatı Aqil Məmmədov Tərtər və Kəlbəcər rayonlarının ümumilikdə iki kəndinin adının dəyişdirilməsini təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, deputat bu təkliflə parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

"Ağdərə rayonuna daxil edilən kəndlərin adları dəyişdirilib. Bu, sevindirici haldır. Amma iki kənd var ki, onların adlarına da baxılmalıdır. Bunlar Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Qasapet kəndləridir. Düşünürəm ki, bunların adlarına yenidən baxılmalıdır. Onların adları niyə belə qalıb bilmirəm", - deputat qeyd edib.


SON XƏBƏRLƏR