Şirvan stansiyasından 63 km cənubda Neftçala rayonunda zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd olunub ki, maqnitudası 3,8, dərinliyi 47 km olan zəlzələ hiss olunmayıb.
***
10:53
Azərbaycanda zəlzələ olub.
Bu barədə Bakıvaxtı.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan Neftçala ərazisində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.8 olub.
















