• Bakı 19° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

4 aylıq körpənin mədəsindən bolt çıxarıldı

CƏMİYYƏT

27 Dekabr 2023 | 11:46

4 aylıq körpənin mədəsindən bolt çıxarıldı

"Bir ailəyə şok yaşadan o an xoşbəxt sonluqla bitib. Şükür, uşaq sağ-salamatdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu deyib.

Onun sözlərinə görə, yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib: Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib. Xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb".

"Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən yad cismin xaric olunması əməliyyatı uğurla başa çatıb. Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir", - Elnur Hidayətoğlu əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026