• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Dəyişkən hava daha çox bu şəxslərə təsir göstərir: Viruslardan necə qorunaq?

CƏMİYYƏT

04 Noyabr 2024 | 13:18

Dəyişkən hava daha çox bu şəxslərə təsir göstərir: Viruslardan necə qorunaq?

İstidən soyuğa qəfil keçid etdikdə insanların immun sistemi zəifləyir. Elə bu səbəbdən də müxtəlif xəstəliklərə düçar oluruq.

Bəs bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Şahvələd Məmmədov bildirib ki, xroniki xəstəlikləri olan, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, tənəffüs yolları xəstəlikləri olan insanlar belə hava şəraitinda çox narahat olurlar. Belə insanların bu havada qorunmaqları məsləhətdir.

Ş.Məmmədov qeyd edib ki, bu cür havalarda viruslar da baş qaldırır:

"Sadaladığım xəstəlikləri olan insanların viruslara yoluxması prosesi daha tez baş verir. Nəzərə alsaq ki, biz bu gün “mikrob assosiasiyası”nda yaşayırıq və müxtəlif mürəkkəb viruslar mövcuddur".

Şahvələd Məmmədov, terapevt

Müsahibimiz bildirib ki, havaların belə kəskin dəyişməsində infeksiyalarla mübarizədə çoxlu meyvə-tərəvəz yeməli, süd-qatıq məhsullarından istifadə etmək lazımdır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR