• Bakı 23° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

DİM sədri: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər

CƏMİYYƏT

18 Iyun 2025 | 10:37

DİM sədri: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər

Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bal arta bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib.

Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət görünmür:

"I və IV ixtisas qrupunda da düşünürük ki, ballar ötənilki səviyyədə olsun. Ümumilikdə,ərizə verənlərin sayından yox, bütün imtahan nəticələrindən sonra müqayisə edilə bilər ki, müsabiqəyə kim buraxılsın. Müsabiqəyə buraxılanlar isə yalnız 200 baldan, ya da müəyyən istiqatəmlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir".


SON XƏBƏRLƏR