• Bakı 15° C

    3 m/s

DİN-dən İnstaqramdakı dələduzlarla bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

09 Sentyabr 2021 | 18:32 | Müəllif: Subhan Mahmudov

DİN-dən İnstaqramdakı dələduzlarla bağlı XƏBƏRDARLIQ

Son günlərdə İnstaqram platformasında insanları aldadan dələduzlar peyda olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sosial mediada, əsasən İnstaqram platformasında yaradılmış saxta (məs: giveaway qalibləri) səhifələrdən vətəndaşların istifadə etdikləri sosial media hesablarının mesaj bölməsinə yazaraq iştirak etdikləri “giveaway” adlı yarışların qalibi olduqları barədə məlumat verilir.

Belə ki, hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələbi hallarına rast gəlinir.

Nazirlik vətəndaşların bu tipli mesajlara inanmamasını və heç bir halda ödəniş etməmələrini tövsiyə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR