• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həbs edilən sabiq icra başçısının vəziyyəti ağırdır

CƏMİYYƏT

09 Oktyabr 2021 | 16:46 | Müəllif: Subhan Mahmudov

Həbs edilən sabiq icra başçısının vəziyyəti ağırdır

“Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan və həbsdə olan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalır”. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a açıqlamasında onun vəkili məlumat verib.

Onun sözlərinə görə, M.Quliyevin səhhətində heç bir dəyişiklik yoxdur. 

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026