• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zəfər günü Əlcəzair mediasında belə qeyd edildi - VİDEO

CƏMİYYƏT

08 Noyabr 2021 | 15:35 | Müəllif: Subhan Mahmudov

Zəfər günü Əlcəzair mediasında belə qeyd edildi - VİDEO

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı səfirliyi tərəfindən 2021-ci ilin 8 noyabr Zəfər günü ilə əlaqədar Əlcəzairin nüfuzlu qəzetlərində - Əş-Şuruk, Əl-Vasit və digər xəbər saytlarında « Azərbaycan Zəfər gününü qeyd edir » və «Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək» başlıqlı məqalələri dərc edilib. 

Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı səfirliyi tərəfindən verilən məlumata görə, səfirlik tərəfindən hazırlanan ərəb ölkələrində yaşayan ərəb gənclərin ərəb dilində və Avopa ölkələrində təhsil alan azərbaycanlı gənclərin ingilis və fransız dillərində Zəfər günü ilə bağlı təbrikləri və baxışları əks olunan video çarxlar təqdim edilərək, səfirliyin Feysbuk səhifəsində və digər sosial şəbəkələrdə paylaşılıb.

Bununla yanaşı, Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyinin Zəfər Günü ilə əlaqədar bəyanatını Əlcəzair XİN-nə və mətbuat orqanlarına təqdim edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026