• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Koronavirusa yoluxan baş direktorun vəziyyəti ağırlaşdı

CƏMİYYƏT

08 Noyabr 2021 | 14:04 | Müəllif: Subhan Mahmudov

Koronavirusa yoluxan baş direktorun vəziyyəti ağırlaşdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun vəziyyəti ağırlaşıb.

Bu barədə Bakıvaxtı.az-a institutun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bir müddətdir koronavirusa yoluxan K.Şükürovun vəziyyəti ağırlaşdığından o, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, K.Şükürov Tarix İnstitutun baş direktoru vəzifəsinə bu ilin əvvəlində təyinat alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026