İlahiyyatçı-mərsiyəxan Seyid Peyman Boradigahinin özünün “facebook” hesabında paylaşdığı video qalmaqala səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı azyaşlı oğlu Seyyid Hüseynlə ifa etdiyi mahnıya məktəbdə klip çəkdirib.
Klipdə məktəbdə təhsil alan şagirdlərin iştirakı ilə dini təbliğatın aparıldığı öz əksini tapıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci bəndinin üçüncü hissəsində Azərbaycan Respublikasında dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması qeyd olunub.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununa əsasən aşağı sinif şagirdlər arasında bu cür təbliğatın aparılması qadağan olunur.
Qeyd edək ki, məsələ Təhsil Nazirliyi tərəfindən araşdırılır.
Ramid İbrahimov
















