• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda yanğın baş verən məktəb distant tədrisə keçdi

CƏMİYYƏT

07 Yanvar 2022 | 09:52

Bakıda yanğın baş verən məktəb distant tədrisə keçdi

Yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, yanğın məktəbin ikinci mərtəbəsində olub. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026