• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BTF: Cari tədris ili məktəbli formalarına maraq az olub

CƏMİYYƏT

06 Yanvar 2022 | 21:40 | Müəllif: Subhan Mahmudov

BTF: Cari tədris ili məktəbli formalarına maraq az olub

Bu tədris ili məktəbli formalarına maraq çox az olub. Çox az sayda valideyn övladlarına məktəbli formaları alıblar.

Bu barədə Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva Trend-ə açıqlamasında yeni məktəbli geyimləri barədə təkliflər irəli sürdüklərini bildirib.

S.Babayeva vurğulayıb ki, mağazalarda lazımi sayda məktəb formaları olub.

“Məktəbli formalarının satışı çox aşağı olub. Valideynlər çox az maraq göstərdi. İnsan axını yox idi, valideynlər maraq göstərmirdi. Təbii ki, bu, pandemiya ilə əlaqədar olaraq belə idi, onlar bilmirdi məktəb davamlı olaraq açıq olacaq, ya yox”, - deyə S.Babayeva qeyd edib.

Onun sözlərinə görə, növbəti tədris ili üçün kifayət qədər məktəbli forması ehtiyatı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026