• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Eşitmə və nitq qüsurlu qızın pensiyası kəsildi - VİDEO

CƏMİYYƏT

05 Fevral 2022 | 17:28 | Müəllif: Subhan Mahmudov

Eşitmə və nitq qüsurlu qızın pensiyası kəsildi - VİDEO

Baxışlarında min bir arzu, min bir dilək var. Amma susqun baxışlarından nə qədər acı çəkdiyini anlamaq çətin deyil. Nə yaşıdları kimi məktəb oxuyub, nə də tələbəlik həyatı yaşamaq nəsib olub.

Bakıvaxtı.az xəbər verir ki, söhbət Şabran rayonunun Baş Əmirxanlı kənd sakini, anadangəlmə eşitmə və nitq məhdudiyyətli 20 yaşlı Könül Teymurxanovadan gedir.

Anası Çiçək xanım bildirir ki, iki oğul və bir qız övladı var. Oğlanlar sağlam olsa da, 2002-ci il təvəllüdlü Könül məhdudiyyətlidir.

Çiçək xanım qızının pensiya ala bilməməsindən şikayətçidir. O bildirir ki, bu günə qədər sadəcə 2007-ci ildə Könülə pensiya təyin olunub, o da 6 ay olub.

Çiçək Teymurxanovanın sözlərinə görə, övladının pensiya alması üçün dəfələrlə müraciət etsə də, gələn cavablarda sənədlərin düzgün doldurulmadığı qeyd olunub.

Çarəsiz ana deyir ki, qızının vəziyyəti günbəgün çətinləşir. O isə maddi imkansızlıq səbəbindən övladına yardım etməkdə aciz qalıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026