• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Alzheimerin qarşısını necə almaq olar? 

CƏMİYYƏT

07 Mart 2022 | 13:15

Alzheimerin qarşısını necə almaq olar?

"Alzheimerin qarşısını almaq üçün yaşlılar zehni fəaliyyətlə məşğul olmalı, paltar toxumalı və kitab oxumalıdır".

Bakıvaxtı.az
xəbər verir ki, bunu Akdeniz Universitetinin Sağlamlıq elmləri fakültəsinin Gerontologiya kafedrasının müdiri, professor İsmail Tufan bildirib.

Dediyinə görə, dünyada ən çox artan xəstəlik növü demans və onun növü Alzheimer xəstəliyidir:

"Bu xəstəliyə qarşı gerontoloji tədqiqatlar aparırıq. Universitetimizdə bütün tələbələrə zehni öyrənmə imkanları yaradaraq sviter toxumaqda, düzgün qidalanmaqda və xəstəliklərdən qorunmaqda köməklik edirik. Kembric Universitetində aparılan araşdırmada cinsindən asılı olmayaraq sviter toxuyan 60 yaşdan yuxarı şəxslərdə Alzheimer xəstəliyinə tutulma riski  11% daha azdır. Yaşı 60-dan yuxarı olan oğlan tələbələrimizə də sviterlər toxutdururuq. Araşdırmamızda gördük ki, xüsusilə sviter toxuyan şagirdlərimizin zehni fəaliyyətləri artıb, psixi vəziyyətləri yaxşılaşıb”.

İ. Tufan demansın məkrli və yavaş-yavaş inkişaf edən bir beyin xəstəliyi olduğunu bildirib:

“Qidalanmamıza diqqət etməli, siqaret və spirtli içkidən uzaq durmalı, stresssiz bir yaşamağı həyat fəlsəfəsinə çevirməli, nifrət kimi hisslərdən uzaqlaşmalıyıq.  Daha konstruktiv olmalıyıq. Hər gün kitab oxumağa, özünüzə vaxt ayırmağa, təbiətlə inteqrasiya etməyə, gəzintiyə çıxmağa, əsasən tərəvəz yeməyə diqqət etmək lazımdır. Deməyin ki, mənim 60 yaşım var və öyrənməyi dayandırıram”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026