• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Son 30 ildə Şuşada bir İLK YAŞANDI - VİDEO

CƏMİYYƏT

06 Aprel 2022 | 10:57

Son 30 ildə Şuşada bir İLK YAŞANDI - VİDEO

“2022-ci il Şuşa İli” çərçivəsində Şuşa şəhərində son 30 ildə ilk dəfə yamac paraşütündən (paraplan) uçuş həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, uçuşun videosunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov öz “twitter“ hesabında paylaşıb. Uçuş şəhərin ən yüksək nöqtələrindən olan Qızıl Qaya massivindən (Teleqüllə ərazisi) 1400 metr hündürlükdən yerinə yetirilib.

    Professional yamac paraşütü pilotu olan Fərid Məmmədov tərəfindən reallaşdırılan uçuş zamanı Şuşa səmasını qələbə rəmzimiz olan Azərbaycan bayrağı bəzəyib.

    Qeyd edək ki, dünya paroplan xəritəsində yamac paraşütü üçün Qarabağda yeganə uçuş məkanı Şuşa şəhəri göstərilib.

    Uçuş gələcəkdə ekoturizm məkanına çevrilməsi nəzərdə tutulan Daşaltı kəndi istiqamətində baş tutub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026