• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Sürücülər diqqətli olun: Ustalar sizi aldada bilər - VİDEO 

CƏMİYYƏT

07 Mart 2022 | 15:43

Sürücülər diqqətli olun: Ustalar sizi aldada bilər - VİDEO

Bəzi sürücülər idarə etdikləri avtomobildə olan avtomatik sürətlər qutusunun onlara ömürlük xidmət edəcəyini düşünür. Bu, qətiyyən belə deyil.
Bakıvaxtı.az
xəbər verir ki, sürücülər avtomobilin sürtünməyə məruz qalan hissələrinin yağla çalışdığını bilir. Ancaq bir çox sürücü yağdəyişmə intervalı və standartın müəyyən edilməsində səhvə yol verir. Bu yanlışlıqları isə sürücülər bir müddət sonra mühərrik və sürət qutusunda səs yarananda başa düşür.
Sürətlər qutusunun yağını dəyişərkən adətən “bublik”- deyilən hissədə təxminən 2 litr yağ qalır. Bu yağ süzülmür və təzə yağ töküləndə bu köhnə yağla qarışır. Belə halda təzə yağın da bir mənası qalmır. Həm sürətlər qutusu zədələnir həm də yağa verilən pul hədər gedir.
Son model avtomobillərdə yağdəyişmədən sonra sistemi kompüter diaqnostikasına saldırmaq lazımdır ki, yağın dəyişilməsi ilə bağlı məlumat bazada yenilənsin. Əks halda elektron lövhədə yağ dəyişdikdən sonra "Servisə get", "Yağı dəyişmək lazımdır" deyə mesajlar görünə bilər.
Ramid İbrahimov

  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026