• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıdakı faciə ilə bağlı cinayət işi başlandı

CƏMİYYƏT

06 Aprel 2022 | 13:57 | Müəllif: Qalib İbrahimoğlu

Bakıdakı faciə ilə bağlı cinayət işi başlandı

Prokurorluq Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

Sabunçu rayon Prokurorluğundan Bakıvaxtı.az-a bildirilib ki, aprelin 6-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026