• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Son sutkada yoluxanların sayı açıqlandı

CƏMİYYƏT

07 Mart 2022 | 15:45

Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 789 481 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 775 706 nəfər müalicə olunaraq sağalıb, 9 531 nəfər vəfat edib, aktiv xəstə sayı 4 244 nəfərdir.

Ölkədə son sutka ərzində 3 512, hazırkı dövrədək isə 6 603 318 test aparılıb.


Son sutkada yoluxanların sayı açıqlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026