• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Əmək müqavilələrinin sayı 30% artıb" - Sahil Babayev

CƏMİYYƏT

08 Dekabr 2021 | 10:59 | Müəllif: Qalib İbrahimoğlu

"Əmək müqavilələrinin sayı 30% artıb" - Sahil Babayev

“Son 4 ildə əmək müqavilələrinin sayı 30% artaraq 1 milyon 685 minə çatıb və əməkhaqqı fondu 92% artıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda ilk dəfə keçirilən Karyera İnkişaf Formunda çıxışı zamanı bildirib.

Nazir deyib ki, məşğulluq ölkənin rifahıdır: “Prezident daim bu məsələyə toxunub və məşğulluğun cəmiyyətin rifahı olduğunu bildirib. Son 4 ildə əmək müqavilələrinin sayı 30% artıb. Bu isə 400 min şəxsin işlə təmin olunması deməkdir. Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8 485 şəxsə işsizlikdən sığorta təyin olunub ki, bu ödənişlərdə də 30% artım qeydə alınıb".

S.Babayevin sözlərinə görə, məşğulluq altsistemində 110 min vakansiya qeydiyyata alınıb və hazırda 14 min aktiv vakansiya var: “Gənclərin öz ixtisasına uyğun iş tapması məsələsi olduqca ciddidir. Ana hədəfimiz yeni məşğulluq xidmətlərinə yanaşmanın dəyişdirilməsidir".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR