• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda qəzalı vəziyyətə düşən məktəb bağlandı

CƏMİYYƏT

09 Oktyabr 2021 | 17:30 | Müəllif: Subhan Mahmudov

Bakıda qəzalı vəziyyətə düşən məktəb bağlandı

Oktyabrın 11-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəli tam orta məktəbin binasını qəzalı vəziyyətə salması səbəbindən verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026