• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

20 ilə yaxın həbsdə olan qadından heroin götürüldü

CƏMİYYƏT

09 Oktyabr 2021 | 14:25 | Müəllif: Subhan Mahmudov

20 ilə yaxın həbsdə olan qadından heroin götürüldü

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, daxil olmuş əməliyyat məlumatları əsasında şəhərin müxtəlif ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Turac Məmmədova saxlanılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın həbs həyatı yaşamış T.Məmmədova Sumqayıt şəhəri “Ceyranbatan bağları” yaşayış massivində saxlanılan zaman üzərində heroin aşkarlanıb.

58 yaşlı T.Məmmədovanın yaşadığı evə keçirilən baxış zamanı oradan külli miqdarda müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb. O, Sumqayıt şəhər Polis İdarəsinə gətirilərək istintaqa cəlb edilib.

T.Məmmədovanın qızı və oğlu da hazırda məhkumluq həyatı yaşayırlar. Onun həyat yoldaşı isə illər öncə külli miqdarda narkotik vasitə ilə saxlanılaraq məhkum olunmuş və həbsxanada vəfat etmişdi.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026