• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı-Sumqayıt qatarını daşlayan uşaq saxlanılıb

CƏMİYYƏT

08 Noyabr 2021 | 13:18 | Müəllif: Subhan Mahmudov

Bakı-Sumqayıt qatarını daşlayan uşaq saxlanılıb

Bakı-Sumqayıt qatarının şüşələrini sındıran şəxs müəyyən olunub.

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 6-da saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində 2 vaqonun yan şüşələrinin sınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan 10 yaşlı R.Kazımov müəyyən edilərək saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026