• Bakı 14° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

DİN-dən maşınlara silah tuşlayan şəxslə bağlı AÇIQLAMA

CƏMİYYƏT

23 Aprel 2024 | 12:01

DİN-dən maşınlara silah tuşlayan şəxslə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycanda bir nəfər şəxsin yolda hərəkətdə olan avtomobillərə silah tuşlamasını əks etdirən görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, görüntülər bir müddət əvvəl Gəncə şəhərində qeydə alınıb:

“Şəxsin oyuncaq silahla avtomobillərin qarşısını kəsməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin əqli qüsurlu şəhər sakini Ə.Gülməmmədov olması müəyyən edilib. Şəxs və onun valideyni ərazi üzrə polis şöbəsinə dəvət olunaraq profilaktiki söhbət aparılıb.

Həmin şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edilib".


SON XƏBƏRLƏR

03 May 2024