• Bakı 11° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Beyin qocalığının qarşısını alan ƏRZAQLAR

CƏMİYYƏT

23 May 2024 | 10:03

Beyin qocalığının qarşısını alan ƏRZAQLAR

Yağ turşuları, antioksidantlar, karotenoidlər, "E" vitamini və xolinlər beyin sağlamlığını qorumağa kömək edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Nebraska Universitetinin alimləri araşdırma aparıblar. Onların tədqiqatlarının nəticələri "npj Aging" jurnalında dərc olunub.

Araşdırmada 65-75 yaşlı 100 nəfər koqnitiv sağlam insan iştirak edib. Onların həyat tərzi və rasionları haqqında məlumat toplanıb, qan nümunələri alınıb. İştirakçılar həmçinin koqnitiv bacarıqlarının qiymətləndirilməsi üçün testlərdən və beyin MRT-sindən (maqnit rezonans görüntüləmə) keçiblər.

Nəticələr göstərib ki, yaddaşı və diqqəti yaxşı olan insanlar yüksək miqdarda yağ turşuları olan məhsullar - yağlı balıq, qoz-fındıq, ispanaq, brokoli, tumlar və zeytun yağı istehlak ediblər.

O da müəyyən olunub ki, idrak sağlamlığını qorumaq üçün antioksidantlar və karotenoidlər vacibdir. Bu təbii faydalı maddələr bir çox meyvə, tərəvəz və giləmeyvələrdə olur. Onlar orqanizmin hüceyrələrini oksidləşdirici stressdən (xüsusi zərər formasından) qoruyurlar.

Bundan əlavə, qan biomarkerlərinin təhlili göstərib ki, "E" vitamini və xolin beynin qocalmasını ləngidə bilir. Heyvan mənşəli protein məhsulları bu qidalarla zəngindir.


SON XƏBƏRLƏR

05 Aprel 2026