• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Ruhi Əliyevadan deputat olacağı xəbərləri ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

21 Iyun 2024 | 21:29

Ruhi Əliyevadan deputat olacağı xəbərləri ilə bağlı AÇIQLAMA

İş xanımı Ruhi Əliyeva millət vəkili olacağı ilə bağlı yayılan xəbərləri təkzib edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, açıqlamasında deyib: 

"Əziz dostlar, bir neçə saytın bu günlərdə mənim guya deputat olmaq istəyimlə bağlı yazılar dərc etməsi həqiqəti qətiyyən əks etdirmir. Əvvəla, bir neçə ay bundan öncə jurnalist Zamirə xanımın verlişində müsahibə verərkən bu məsələyə toxunmuşam və öz mövqeyimi bildirmişəm.

İkincisi, hazırda Türkiyədə istirahət edirəm və vətənə yalnız avqust ayının sonlarında qayıdacam. Hər halda deputat seçkilərinə qatılmaq istəyən namizəd indi Azərbaycanda olmalı və seçkiyə hazırlaşmalı idi.

Bu məzmunlu yazılar yazan jurnalistlər kimlərinsə sifarişini yerinə yetirməkdənsə, öz məsləklərinə hörmət etsinlər və dəqiqləşdirilməmiş məlumatlar yaymasınlar. Mənim deputat olmağımdan narahatlıq keçirənlərə isə demək istəyirəm ki, gecələr rahat yatın, mənim belə bir istəyim yoxdur. Mən azad sahibkar kimi bu gün xoşbəxtəm və dövlətimə, xalqıma, eyni zamanda cənab prezident İlham Əliyevin ideyalarına sadiqəm.

Kiməsə kömək edə bilirəmsə və  dəstək ola bilirəmsə bu məni deputat olmaqdan daha xoşbəxt edir. Mən dövlətimi bəziləri kimi deputat olmadan da sevməyi bacarıram. Doğma rayonum Tovuzdan kimin deputat seçilməsini də maraqla gözləyəcəm.

Dövlətimiz və millətimiz üçün bu seçkilər xeyirli olsun".


SON XƏBƏRLƏR