• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Üzərinə ağac aşan təcili yardımdakı hamilə qadınla bağlı AÇIQLAMA

CƏMİYYƏT

21 Iyun 2024 | 18:58

Üzərinə ağac aşan təcili yardımdakı hamilə qadınla bağlı AÇIQLAMA

Küləkli hava şəraiti ilə əlaqədar təcili tibbi yardım maşınının üzərinə ağac aşsa da, yüngül xəsarətlər alan heyət tərəfindən hamilə qadın uğurla tibb müəssisəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir. 

"20.06.2024-cü il tarixində saat 20:25 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasından 2006-cı il təvəllüdlü şəxsin doğuş prosesi ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Dərhal çağırış ünvanına Yevlax rayonu üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Briqada hospitalizasiya prosesini həyata keçirərkən güclü küləyin təsiri ilə nəticələnən qəza baş verib.

Nəticədə sanitar avtomobilin üzərinə ağac budağı aşıb. Təcili tibbi yardım avtomobilinin sürücüsünün yüksək çevikliyi nəticəsində pasiyent heç bir xəsarət almadan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ağac aşması nəticəsində təcili tibbi yardım heyəti yüngül xəsarətlər alıb və buna baxmayaraq, öz iş fəaliyyətini sona qədər uğurla yerinə yetiriblər. Onların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, hospitalizasiya olunan ananın 21.06.2024-cü il tarixində saat 02:00 radələrində cinsi kişi, boyu 53 sm., çəkisi 3 800 qr. olan körpəsi dünyaya gəlib. Hazırda ananın və körpənin vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunub. 


SON XƏBƏRLƏR

21 Iyul 2024