• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Trendyol”un müştəriləri azalacaq: Məhsulu daha sərfəli çatdıran şirkət qazanacaq

CƏMİYYƏT

23 May 2024 | 09:52 | Müəllif: Qalib İbrahimoğlu

“Trendyol”un müştəriləri azalacaq: Məhsulu daha sərfəli çatdıran şirkət qazanacaq

"Ölkə vətəndaşlarının "Trendyol"a müraciət sayında azalma müşahidə oluna bilər".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə, "Trendyol"un yeni qərarı karqo şirkətləri arasında rəqabət yarada bilər. Lakin ümumilikdə çatdırılma haqqının artımı vətəndaşların birbaşa sifarişlə bağlı sayını azalda bilər:

"Əslində karqo ödənişləri əldə olan məhsulun dəyərinin böyük hissəsini təşkil etmir. Yeni qərara qədər "Trendyol"dan məhsul alan ölkə vətəndaşlarının heç bir narazılığı yox idi. Lakin qərardan sonra ölkəyə gətirilən məhsulların karqo qiymətində fərq yaranıb. Bu halda istehlakçılar həmin məhsulları yerli bazardakı məhsulun qiyməti ilə müqayisə edəcəklər. Təbii ki, vətəndaş sərfəli varianta üstünlük verəcək və bu, "Trendyol"dan məhsul sifariş edənlərin sayına təsir göstərəcək".

Vüqar Oruc: Yeni qərara qədər "Trendyol"dan məhsul alan vətəndaşların heç bir narazılığı yox idi, lakin...

V.Oruc hesab edir ki, eyni zamanda karqo şirkətləri yaranan situasiyadan istifadə edərək, əlverişli xidmət təklifləri irəli sürə bilərlər.

"Karqo şirkətləri itirilən müştəri kütləsini yenidən qazana bilərlər. Çünki bazar iqtisadiyyatı şəraitində əsas amil rəqabətdir. Hansı karqo şirkəti xaricdən sifariş olunan məhsulu daha sərfəli və tez çatdıracaqsa, rəqabətdə də üstün olacaq", - deyə Vüqar Oruc əlavə edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026