• Bakı 16° C

    2.11 m/s

DİQQƏT: Bakının bu rayonunda işıq olmayacaq

CƏMİYYƏT

03 Fevral 2025 | 00:38 | Müəllif: Subhan Mahmudov

DİQQƏT: Bakının bu rayonunda işıq olmayacaq

Suraxanıda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaqə

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Zığ qəsəbəsini qidalandıran 1 və 2-ci hava xətlərinin bir hissəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar fevralın 3-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 15:00-dək qəsəbədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026