• Bakı 14° C

    13.76 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

DİQQƏT: Sabah Bakının bu rayonunda qaz olmayacaq

CƏMİYYƏT

24 Aprel 2024 | 18:14

DİQQƏT: Sabah Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Binəqədi kəndi və Gülüstan yaşayış massivini təbii qazla təmin edən qaz xəttinin əsaslı təmir olunmuş hissəsinin mövcud qaz xəttinə qoşulması ilə əlaqədar aprelin 25-də saat 10:00-dan etibarən “Binəqədi(Novxanı QRS)” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun bir hissəsinin (Binəqədi kəndi, 1, 2, 3-cü Mədən ərazisi, Gülüstan yaşayış massivinin 1-14-cü dalanları) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR

05 May 2024