• Bakı 25° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qadınlar üçün yeni iş rejimi: Zərif cinsin iş tapmaqda çətinliyi yarana bilər?

CƏMİYYƏT

24 May 2024 | 15:23

Qadınlar üçün yeni iş rejimi: Zərif cinsin iş tapmaqda çətinliyi yarana bilər?

 Ailəli və uşağı olan qadınların işə bir saat gec gedib, işdən bir saat tez çıxması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

Bakıvaxtı.azxəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Tahir Rzayev parlamentin mayın 24-də keçirilən plenar iclasında çıxış edib.

Deputat qeyd edib ki, qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir. İşdən gəldikdən sonra isə ev işləri ilə, uşağının dərsləri ilə məşğul olur:

“Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür edə bilərsiniz”.

Bu səbəbdən də o, Əmək Məcəlləsinə ailəli və uşaqlı qadınların işə 1 saat gec gəlib, 1 saat tez getməsi ilə bağlı maddə salınmasını təklif edir.

Bəs görəsən təklif qəbul olunarsa, bu, gələcəkdə qadınların işlə təmin olunmasında problem yarada bilərmi?

Novella Cəfəroğlu, hüquq müdafiəçisi

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, əgər qanun qəbul oluarsa, dövlət strukturlarında işləyən qadınlara təsiri ola bilməz.

Onun sözlərinə görə, özəl şirkətlər bu məsələ ilə bağlı bəzi problemlər yarada bilərlər ki, bunlardan da biri müqavilə bağlanmamasıdır:

“Özəl şirkətlərin öz iş saatları olduğundan, hər saata pul yazıldığından burda işləyən qadınlar bəzi problemlərlə qarşılaşa bilərlər”.

Bu təklifin gözəl bir təşəbbüs olduğunu vurğulayan N.Cəfəroğlu hesab edir ki, amma qəbul olunağı halda ölkəmizdə bu qanun öz yerini tapa bilməyəcək:

“İstər qadın, istər kişi üçün hazırda iş tapmaq çətindir. Ona görə düşünürəm ki, təklif öz yerini tapa bilməyəcək. Amma çox istərdim bu qanun qəbul olunsun”.

Paşa Səfərov, Hüquqşünas

Hüquqşünas Paşa Səfərov isə Bakıvaxta.az-a açıqlamasında qeyd edib, bu təklif qəbul olunarsa, hər hansı bir problem olmayacaq, çünki işə götürən üçün işin həcmi işin saatından daha çox əhəmiyyətlidir:

P.Səfərov bildirib ki, mövcud texniki imkanların inkişafı işığında iş saatının iş həcminə uyğunlaşdırılması, nəticədə iş üçün yararlı olmayan vaxt itkisinin aradan qaldırılması istiqamətində hazırda dünya ölkələri inkişaf dinamikası üzrə çalışırlar:

“Konkret olaraq qadınlara gəlincə, qadınların iş saatının azaldılması bu qəbildəndir, qadınlar iş saatından daha faydalı yararlanmaq və daha faydalı əmək vermək qabiliyyətinə malik olduqları üçün gələcəkdə bu sahədə işə götürən üçün hər hansı bir təhlükənin olacağı ehtimal olunmur”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026