• Bakı 21° C

    2.45 m/s

DİQQƏT: Sabah bu ərazidə qaz olmayacaq

CƏMİYYƏT

12 Iyun 2024 | 19:10 | Müəllif: Subhan Mahmudov

DİQQƏT: Sabah bu ərazidə qaz olmayacaq

İyunun 14-də Biləsuvar rayonunun bir neçə yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin kipliyə sınaq edilməsi məqsədilə aparılacaq işlərə görə 14 iyun saat 10:00-dan başlayaraq işlər başa çatana qədər rayonun 5 yaşayış məntəqəsini
(Biləsuvar şəhər, Bağbanlar, Günəşli, Çaylı, Arazbarı kəndləri) əhatə etməklə 5 500 nəfər abonentə təbii qazın verilişi dayandırılacaq.

Abonentlərdən xahiş edilir ki, qeyd olunan yaşayış məntəqələrində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026