• Bakı 28° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Sumqayıtda 53 nəfər bu yeməkdən zəhərlənib...

CƏMİYYƏT

12 Iyul 2024 | 16:10

Sumqayıtda 53 nəfər bu yeməkdən zəhərlənib...

Xəbər verdiyimiz kimi, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan 53 nəfər əməkdaşın qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sumqayıt şəhər prokurorluğundan Bakıvaxtı.az-a məlumat verilib.

Bakıvaxtı.az-a daxil olan məlumata görə, işçilərin zəhərlənməsinə səbəb zavodun yeməkxanasında yedikləri özbək aşı olub.

Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, nəticələr açıqlananda dəqiq səbəbi ictimaiyyətə məlumat veriləcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Avqust 2024