• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

DİQQƏT! Sabah bu rayonda qaz olmayacaq

CƏMİYYƏT

16 Iyul 2025 | 18:46

DİQQƏT! Sabah bu rayonda qaz olmayacaq

Sabah Yevlax rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaqdır.

“Azəriqaz”dan Bakıvaxtı.az-a verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus diametri 1220 mm-lik “Qazıməmməd-Qazax II xətt” yüksək təzyiqli magistral qaz kəməri ilə “Yevlax-1 QPS qol qaz kəməri”nin əlaqələndirilməsi üçün çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 17.07.2025-ci il tarixində saat 08:00-dan etibarən işlər başa çatanadək “Yevlax” QPS-dən qidalanan “Yevlax 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Yevlax rayonunun bir (Yevlax şəhərinin bir hissəsi, 77 sənaye müəssisəsi, İravanlı qəsəbəsi, 210 saylı yeni yaşayış massivi, 31 və 32 ci məhəllə, Cəmi: 7490 abonent) hissəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaqdır, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.


SON XƏBƏRLƏR