• Bakı 26° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Sabah qəbul imtahanı keçiriləcək

CƏMİYYƏT

15 Avqust 2025 | 17:20

Sabah qəbul imtahanı keçiriləcək

Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və gimnaziyaların 5,6,7,8 və 9-cu siniflərinə qəbul imtahanı həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumat yayıb.

Qeyd edilib ki, 26 avqust tarixində isə ibtidai siniflər üçün müsabiqənin müsahibə formatında təşkili nəzərdə tutulur. İmtahana dair məlumatlar valideynlərin şəxsi kabinetinə göndərilib.

Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi üzrə müsabiqələr müəssisələr tərəfindən müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, lisey və gimnaziyalara verilən boş yer və müraciət sayları nəzərə alınaraq bəzi siniflər və müəssisələr üzrə müsabiqə ləğv edilib. Şagirdlər avtomatik olaraq seçim etdikləri müəssisələrə yerləşdiriləcək.


SON XƏBƏRLƏR