• Bakı 26° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Masallının 5 yaşayış məntəqəsində qaz kəsiləcək


 

CƏMİYYƏT

15 Avqust 2025 | 17:22

Masallının 5 yaşayış məntəqəsində qaz kəsiləcək 

Bazar ertəsi, avqustun 18-də Masallı rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bakıvaxtı.az  bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Masallı rayonu ərazisində, Boradigah yolu istiqamətində yerləşən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsilə əlaqədar avqustun 18-də saat 10:00-dan işlər başa çatanadək Tüklə, Türkoba, Bədəlan, Babaser kəndləri və Boradigah qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu müddət ərzində ümumilikdə 6 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.


SON XƏBƏRLƏR