• Bakı 26° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Elməddin Mehdiyev BMT-də yüksək vəzifəyə təyin olundu

SİYASƏT

15 Avqust 2025 | 18:56

Elməddin Mehdiyev BMT-də yüksək vəzifəyə təyin olundu

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin  (AIDA) direktoru Elməddin Mehdiyev BMT-də yüksək vəzifəyə təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Elməddin Mehdiyev bu barədə “X” hesabında məlumat verib. 

“BMT Baş katibi tərəfindən BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (UNCERF) Məsləhət Qrupuna üzv təyin edilməyim mənim üçün böyük şərəfdir.

Azərbaycan hökumətinə namizədliyimə göstərdiyi etimad və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. BMT-nin baş katibi Antonio Quterreş tərəfindən ölkəmi bu önəmli platformada təmsil etmək üçün təyin edilməyim mənim üçün xüsusi əhəmiyyət kəsb edir.

CERF-in dünyada humanitar yardımların vaxtında və səmərəli təmin olunması missiyasına töhfə verməyi səbirsizliklə gözləyirəm”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Elməddin Mehdiyev Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktorudur.


SON XƏBƏRLƏR