• Bakı 26° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Qazaxda açıq ərazidəki yanğın söndürülüb

HADİSƏ

15 Avqust 2025 | 17:10

Qazaxda açıq ərazidəki yanğın söndürülüb

Qazaxda açıq ərazidəki yanğın söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 80ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.


SON XƏBƏRLƏR