• Bakı 26° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Evi yanan aktrisa FƏRYAD ETDİ: “Qonşuların, qohumların evində qalmağa məcburam” - FOTOLAR

CƏMİYYƏT

15 Avqust 2025 | 16:44

Evi yanan aktrisa FƏRYAD ETDİ: “Qonşuların, qohumların evində qalmağa məcburam” - FOTOLAR

"Hadisə baş verən gün biz ailəvi olaraq Sumqayıtda yas mərasimində idik. Qonşular zəng vurub evimizin yanmasından xəbər verdilər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında avqustun 2-də evi yanan  gənc aktrisa Şəbnəm Cəbrayılova deyib.

Aktrisa bildirib ki, yanğın əvvəlcə qonşu evdə başlayıb, daha sonra digər evlərə keçib:

“Bitişik evlər olduğundan alov sürətlə yayılıb. Yanğın başlayan evdə 60 yaşlarında tənha bir şəxs yaşayırdı. Evin əsl sahibi başqa adamdı. Sadəcə hazırda yaşayan şəxs evin əsl sahiblərinin qohumudur. Onun isə əqli cəhətdən zəif olduğunu düşünürəm. Çünki yanğının necə baş verdiyini tam dəqiq izah edə bilmir. Müxtəlif versiyalar söyləyir. Evin əsl sahibləri əvvəl bizə zərərin ödənəcəyini bildirdi, lakin daha sonra məsuliyyətdən yayınmağa başladılar".

Müsahibimizin sözlərinə görə, zərərçəkən iki ailə olsa da, rəsmi sənədlərdə yalnız bir ailənin adı qeyd olunub:

"Biz də, qonşularımız da eyni dərəcədə zərər çəkmişik. Lakin sənədləşmədə yalnız bir ailənin adı göstərilib. Bu birtərəfli yanaşma bizə izah olunmayıb və haqlı narazılığımıza səbəb olub."

İcra Hakimiyyəti tərəfindən yalnız 1 aylıq (350 manat) maddi yardım təklif olunduğunu deyən Ş.Cəbrayılova əlavə edib ki, onların evi tamamilə yararsız hala düşüb:

"Hazırda ailəmlə birlikdə qonşuların, qohumların evində qalmağa məcburam. Dəfələrlə aidiyyəti qurumlara - bələdiyyə və icra nümayəndəliklərinə müraciət etmişik, lakin hələ də sabit yaşayış yeri və real maddi dəstək təmin olunmayıb."

Aktrisa yalnız ədalətli və obyektiv yanaşma tələb etdiyini vurğulayır:

"Tək istəyimiz budur ki, bu hadisədə zərər çəkən hər iki ailəyə eyni hüquqi yanaşma göstərilsin və hər iki ailənin haqqı qorunsun".

Qeyd edək ki, bu il avqustun 2-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində bir-birinə bitişik 3 evdə yanğın baş verib. Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, lakin hər üç evə ciddi ziyan dəyib.

Turan Etibaroğlu


SON XƏBƏRLƏR