• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Təbiətə 71 min manatlıq ziyan vurulub

HADİSƏ

15 Avqust 2025 | 18:18 | Müəllif: Gülşən Şərif

Təbiətə 71 min manatlıq ziyan vurulub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Qubadlı və İmişli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Xidmətdən Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi 165 ünvanında, Qubadlı rayonu Hal kəndi və İmişli rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 750 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bildirilir ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026