• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Avropada qaz Tramp-Putin sammiti ərəfəsində sürətlə ucuzlaşır

DÜNYA

15 Avqust 2025 | 14:27

Avropada qaz Tramp-Putin sammiti ərəfəsində sürətlə ucuzlaşır

ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin sammiti ərəfəsində Avropada təbii qazın qiymətləri 2025-ci ildə ən aşağı səviyyəyə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Bloomberg”ə istinadən yazıb.

Amsterdamda ticarət olunan qaz fyuçersləri ayın əvvəlindən təxminən 10 % ucuzlaşaraq maydan bəri ən aşağı səviyyəyə çatıb.

Treyderlərin az bir qismi Rusiya boru kəməri qazının Avropaya qayıdışını qaçılmaz hesab etsə də (hətta Ukraynada atəşkəslə bağlı razılaşma əldə olunsa belə), Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyaların gücləndirilməsi və ya yüngülləşdirilməsi qlobal təchizata əhəmiyyətli təsir göstərə bilər.

Hazırda Avropaya qaz əsasən ABŞ və Qətər kimi uzaq ölkələrdən daxil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026