Rusiya nümayəndə heyəti ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin görüşəcəyi Alyaskaya gəlib.
Bakıvaxtı.az bu barədə rus mətbuatına istinadla xəbər verir.
Bildirilib ki, heyətdə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və digər yüksək vəzifəli şəxslər yer alır.
Təxminən 50 rusiyalı jurnalist də tədbiri işıqlandırmaq üçün Ankoricə gətirilib.
Əli Hüseynov