Bu ilin yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ümumilikdə 2 milyard 75 milyon 301 min manat investisiya yatırılıb.
Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu məbləğin 2 milyard 38 milyon 449 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.
İlin birinci yarısında Qarabağ iqtisadi rayonu üzrə yatırılan investisiyaların həcmi 857 milyon 868 min manat təşkil edib. Həmin məbləğin 835 milyon 145 min manatı tikinti-quraşdırma işlərinə aid olub.
Altı ayda Şərqi Zəngəzur iqtisadi rayonuna 1 milyard 217 milyon 433 min manat investisiya yatırılıb. Bu məbləğin 1 milyard 203 milyon 304 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.