Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 29 milyard 246,1 milyon kubmetr təbii qaz hasil edilib.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 22 milyard 551 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 0,2 % artıb.
Ötən 7 ay ərzində Azərbaycanda 16 milyon 033,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 15 milyon 996,9 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin 7 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 5,4 % azdır.