2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1862.7 kq qızıl, 2533.5 kq isə gümüş istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49.2%, gümüş istehsalı isə 32.9% artıb.
Qeyd edək ki, 2025-cü il avqust ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 167.5 kq və 577.3 kq təşkil edib.
Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.